![]() Biz Parçalanmiş OĞUZ Halklari Kalkip Çok Uzak BirYolculuğa Çikmişiz Bu Yolculuk Vatan Topraklarinin ...Birleşmesyle Son Bulacaktir
پست الکترونیک آرشیو مطالب آرشیو مطالب
هفته سوم تیر 1386
هفته دوم تیر 1386 هفته چهارم خرداد 1386 هفته اوّل خرداد 1386 هفته چهارم اردیبهشت 1386 هفته سوم اردیبهشت 1386 هفته دوم اردیبهشت 1386 هفته اوّل اردیبهشت 1386 هفته اوّل فروردین 1386 هفته چهارم اسفند 1385 هفته سوم اسفند 1385 هفته دوم اسفند 1385 هفته اوّل اسفند 1385 هفته چهارم بهمن 1385 هفته سوم بهمن 1385 هفته دوم بهمن 1385 هفته اوّل بهمن 1385 هفته چهارم دی 1385 هفته سوم دی 1385 هفته دوم دی 1385 هفته اوّل دی 1385 هفته چهارم آذر 1385 هفته سوم آذر 1385 هفته دوم آذر 1385 هفته اوّل آذر 1385 هفته چهارم آبان 1385 هفته سوم آبان 1385 هفته دوم آبان 1385 هفته اوّل آبان 1385 هفته چهارم مهر 1385 هفته سوم مهر 1385 هفته دوم مهر 1385 هفته اوّل مهر 1385 هفته چهارم شهریور 1385 هفته سوم شهریور 1385 هفته اوّل شهریور 1385 هفته چهارم مرداد 1385 هفته سوم مرداد 1385 هفته دوم مرداد 1385 هفته اوّل مرداد 1385 هفته چهارم تیر 1385 هفته سوم تیر 1385 هفته دوم تیر 1385 هفته اوّل تیر 1385 هفته چهارم خرداد 1385 هفته سوم خرداد 1385 هفته دوم خرداد 1385 هفته اوّل خرداد 1385 هفته چهارم اردیبهشت 1385 هفته اوّل اردیبهشت 1385 هفته چهارم فروردین 1385 هفته سوم فروردین 1385 هفته دوم فروردین 1385 هفته چهارم اسفند 1384 هفته سوم اسفند 1384 هفته سوم بهمن 1384 هفته دوم بهمن 1384 هفته دوم دی 1384 هفته اوّل دی 1384 هفته چهارم آذر 1384 جستجو
پیوندها
sisan bahayi turklari
بهایی bicar turkleri turkanet haray tansu araz elses lachin GUNAZ TV gundoz turkuz araz dance clup turkculuk torchan ay yildiz azarbayjanim mard oghollar qurd oghlo turk milleti qarabaq dargilar guneylilar yashasin azarbayjan shiir galin turki yazaq BIZIMDIL yuord shiir shiir chalangi data center qoshmalar axar su guneyin xabarlari :: قالب ساز :: پیوندهای روزانه
xorasan turkleri
turanians UZEYIR HACIBEYOV NAZIM HIKMET HOP HOP NAMƏ بو لينكده ايران افغانستان و تاجيكستان dislike و آذربايجان و تركيه like توشونا باسيب آخيرده vote توشونا باسين. filter sindiran onudulmaz zəngan çörəyi bol gisməti az təbrizim həmədan-azerbaycan تمام پیوندها آمار وبلاگ
افراد آنلاين:
تعداد بازديدها: RSS
|
آناسوتی حرام اولسون آنادیلین بیلمه یه نه
اولسام ديليم ديليم دئمه رم پئشمانام وطن آند ايچميشم قانيملا يازام؛ "قوربانام وطن" ملت آذربایجان جنوبی به عنوان یک ملت برسمیت شناخته شد
ملت آذربایجان جنوبی به عنوان یک ملت برسمیت شناخته شد آذربایجان جنوبی به نمایندگی حرکت بیداری ملی آذربایجان جنوبی به عضویت یو ان پی او در آمد. یو ان پی او یک سازمان بین المللی است که تحت لوای سازمان ملل متحد فعالیت می کند و به حمایت ملت ها و خلق هایی می .پردازد که صاحب دولت مستقل نیستند و در سازمان ملل نمایندگی رسمی ندارند دیروز هیات نمایندگی آذربایجان جنوبی- گاموح در یو ان پی او در اجلاس هیات رئیسه سالانه این تشکیلات بین المللی شرکت نمود . طی جلسه هیات رئیسه یو ان پی او دبیر کل یو ان پی او در باره آذربایجان جنوبی و تمثیل گران حقیقی این ملت حرکت بیداری ملی آذربایجان جنوبی گزارش مشروحی را ایراد نمود. |+| نوشته شده توسط کولگه در شنبه چهاردهم بهمن 1385 ساعت 18:49
میلیت: گونی آذربایجان تورک میللتی توپراق: گونی آذربایجان بایراق: گونی آذربایجان میللی بایراغی
گونئي آذربايجان`يميزين، اونپو`(UNPO)يا رسمي اولاراق اويه اولماسي، بوتون سويداشلاريميزا قوتلو اولسون بؤيوک گونئي آذربايجانين ايگيد تورک اولوسو، اونون شرفلي اولوسچولاري! گونئي آذربايجان`ين دؤلتسيز ميلتلر تشکيلاتي اونپو(UNPO)`يا رسما اويه اولدوغونو، ان ايچدن سئوگي دولو سايغيلاريملا قوتلايير؛ بو بؤيوک باشارييي باشدا گونئي آذربايجان اوغروندا قوتسال قانلاريني و عزيز جانلاريني هديه ائتميش اوجا شهيدلريميزه، اولوسال وارليق اولان توپراق، اولوس اوغروندا قان وئرميش، يارا آچديرميش اولانلارا، هابئله ياغي فاشيست فارس رئژيمي نين دوستاقلاريندا اولان عزيزلريميزه، ميللي حرکاتيميزين سارسيلماز اؤندري دوکتور چاغري بيگ چؤهرقانلي و بوتون ميلتچي حرکتچيلره قوتلاييرام. اينانيرام بو بؤيوک اوغور و باشاري، ميللي حرکاتيميزي ايسته ين و سئونلرينی اورکدن سئوينديريب، فارس فاشيزميني و بوتون دوشمنلريميزي راحاتسيز ائتميشدير. بو بؤيوک باشاري نين آردي داهادا آرتيق، گوجلو سوييه ده چاليشمالارلا سوردورمه لي ییک. بوتون گوجوموزله تام قورتولوشا، ارکينليگه دوغرو..
عشق اولسون بؤيوک گونئي آذربايجان تورک اولوسونا |+| نوشته شده توسط کولگه در شنبه چهاردهم بهمن 1385 ساعت 18:29
عبباس لیسانینین زیندانا یازدیغی مکتوب.
Abbas Lisaninin zindandan yazdigi məktub
Göndərən: Əsəd oglu Abbas Lesani
Günahi və ittihami: igtisas törədilməsində yardimçi olma
Məhkumiyət müddəti: 30 ay zindan, 3 il sürgün
Zindana giris tarixi: 15. 03. 85
Mövzu: Hər növ əfvi rədd etmə
Məktubun kodu: Qarantinə bəndi- Aciliq əməli vəziyətində
Məktubun alicis: Ərdəbil zindaninin rəyisi aqaye Ənzabi
Salam-ün əleyküm!
Bir neçə gün əvvəl Abasiyan adinda zindan yetkililərindən biri qarantinədə mənə müraciət edərək, məhkumiyətimin dadnaməsinin, sənədinin kopisini istəmisdir. Səbəbini sorusdugumda “əfv isi üçün lazimdir”- dedi. “Hansi əfv üçün lazimdir?!”- sorusdugumda isə “sənin əfvin üçün lazimdir”- cavabini aldim. Bu məmurun sözlərinə sasaraq “mən kimsədən əfv istəməmisəm”- dedim. O da “Sadəcə siz deyilsiniz, biz ara-sira bir neçə məhbusun adini Ərdəbil zindani tərəfindən Tehrana yollayiriq, sən də onlardan birisən”- dedi. Mən israrla “axi mən kimsədən əfv istəməmisəm”- dediyimdə, məmur cavab verdi ki: “Bu növ əfvlər zindan idarəçiliyinin təsxisi əsasindadir və məhbusun istəyinin əhəmiyəti yoxdur. Siz sadəcə imdadnamənizin kopisini verəcəksiniz ki, sənədlərinizlə bir yerdə Tehrana göndərilsin.”- dedi. Son cavabim “Mən sizə nə imdamnaməmin kopisini verirəm, nə də hansi adla olursa olsun kimsədən imdad və əfv istəyirəm”- səklində olmusdur. Məmur “son qərari zindanin məsullari verəcəkdir”- söyləyib getdi. Sayin Ənzabi, Ərdəbil zindaninin rəyisi, bu söhbət mənim və zindanin məmuru arasinda olmusdur. Indi belə sual ortaya çixir ki, kim və ya kimlər məni əfv etmək istəyirlər?
Ingilis imperializmi tərəfindən Pəhləvilərə diktə edilən siyasəti bu gün də tam olaraq tətbiq edənlər mi məni əfv etmək istəyirlər? O siyasət ki, onun hədəfi Türk ünsürünü bölgədən, özəlliklə Iranda məhv etməkdən, tarixdən silməkdən ibarət idi. Ingilis imperializmi çox yaxsi anlamisdi ki, Azərbaycan-Türk millətində zülmə və istibdada qarsi mübarizə iradəsi və inanci durduqca Iran yasayan millətləri sömürmək, istismar etmək mümkün olmayacaqdir. Bu üzdən də qeyri-insani projəsini tətbiq etmək üçün iki yol mövcud idi: Birinci yol Azərbaycan-türk millətini fiziki soyqirima ugratmaq və ikinci yol isə Azərbaycan-Türk millətini kültürəl anlamda soyqirima məruz qoymaq. Hər iki halda bu projenin həyata keçməsi üçün çox itaətkar satqinlara ehtiyaci var idi. Bu səbəbdən də Pəhləvi ən uygun alternativ kimi təsbit edilmisdir. Imperializm bu tərcihi ilə daha böyük bir istəyini təqib edir və bir oxla bir neçə hədəf tuslayirdi. Nə idi bu hədəflər? Islamin Irana girisindən etibarən hakimiyətdə olan Türk millətinin əlindən siyasi iqtidarin azinliq farslara keçməsi üçün yardimçi olurdu. Bu da Ingilis imperializminin müstəmləkə ölkələrdə təqib və tətbiq etdiyi siyasət idi, yəni bir ölkəni uzun zaman öz əsarətində saxlaya bilməsi üçün azinliqda olan bir qövmü çogunluqda olan qövmə hakim etməyə çalisirdi. Rza Pəhləvi siyasi iqtidari ələ keçirdiyi andan etibarən, ifadə etdiyim hər iki metod Türk millətinin bu cografiyada tarixdən silinməsi üçün tətbiq edilmisdir. Bu siyasət onun varis oglu tərəfindən də eyni sürətlə davam etmisdir. Belə ki, 21 Azər 1325-ci ildə Məhəmmədrza Pəhləvi Amerikanin bir basa müdaxiləsi və təsviqi ilə Azərbaycan-Tük millətinin milli inqilabini qanina qəltan etdilər. Nəticə olaraq da 70 min Azərbaycan-Türk millətinin qeyrətli və haqsevər insanlari qətl edildi. Ancaq bu qətl-am da onlarin öz son stratejilərini çatmalari üçün keçərli və yetərli kimi görünməmisdir. Çünükü bu qədər böyük cografiyada yasayan milyonlarca insani bütünüylə qətl etmək mümkün deyildi. Bu səbəbdən də Rzaxanin ortaya qoydugu Türk düsmənliyi siyasəti daha da acimasiz səkildə davam etdirildi. Yəni məglub və məgzub edilmis Azərbaycan-Türk millətinin bütün mədəni dəyərlərini, dilini kimliyini tarixi Türk torpaqlarindan söküb atmaq və kökünü qazmaq əsas məqsəd idi. Bu siyasətin nəticəsi olaraq asagidakilar Türk millətinin ictimai həyatina tətbiq edilirdi: Türk dilini genis miqyasli təhqir etmək, türk dilinin tədrisini, təhsilini ciddi səkildə əngəlləmək, hətta Türkcənin ümumi yerlərdə söhbətini ən qaba və zoraki biçimdə yasaqlamaq, qələmini istibdada satan daxili və xarici sözdə tarixçilər tərəfindən Türk millətinin tarixini təhrif etmək. Bütün bu mədəni plandaki təcavüzlər azmis kimi Azərbaycan iqtisadiyatini da məhv etməyə basladilar ki, Azərbaycan insanlarini yurdundan edib farsnisin səhərlərə yerləsdirsinlər. Beləliklə də Azərbaycan-Türk insanlari bir tikə çörək üçün öz tarixindən, torpagindan və tarixi xatirələrindən ayrilmaq məcburiyətində buraxilirdi. Bütün bu siyasi tətbiqat zaman içərisində öz nəticəsini verirdi. Farsnisin səhərlərə yerləsmək məcburiyətində qalan Azərbaycan türkünün milli qüruru təhqir olunur, öz nəfsinə olan imani zədələnir və ən önəmlisi özünü asagi görməsinə, asagiliq kompleksinə qapilmasina səbəb olurdu. Bunlar da bir millətin əriyib yox olmasi üçün lazim olan faktorlardir. Bəli, Fars sovinizmi Azərbaycanin yeralti və yerüstü qaynaqlarini məhv etmisdir. Yenə də sovinizmin siyasətinin nəticəsi olaraq Azərbaycanda milli sərmayə yatirmaq tamamən yasaqlanmisdir. Hətta səxsi və xüsusi sərmayə yatirmaq da müxtəlif bəhanələrlə Azərbaycandan uzaqlasdirilirdi. Bütün bu söylənənlər keçən yüz il müddətində Azərbaycan-Türk millətinə edilən hesabsiz zülmlərdən sadəcə bir qismidir. Bu mədəni, siyasi, iqtisadi zülmün pəhləvilər tərəfindən davam etməsinə tarix məcal verməmisdir. Bəli, sayin Ərdəbil zindaninin rəyisi Azərbaycanin basina gələn zülmlər bunlarla sinirli deyildir. Indi isə sahidik ki, Pəhləvi rejimi devrildikdən sonra, nəinki vəziyət düzəlməmisdir, daha da çətinləsmisdir. Çünkü Islam rejimi daha da təhlükəli mekanizmdən və vasitələrdən yararlanaraq eyni sovinist və fasist siyasətin davamçisi olmusdur. Vətənizmizdə tətbiq edilən bu siyasət ancaq və ancaq Azərbaycan türklüyündə yoxsulluq və asagiliq kompleksi yaratmaga xidmət etmisdir ki, nəticə etibari ilə fars sovinizmi Azərbaycan türklüyünün mənəviyatini təxrib etməyə nail olmusdur. Azərbaycanin Həmədan, Qəzvin, Ərak kimi vilayətləri bu çirkin siyasətə fəda edilmis və Zəngan, Ərdəbil və Qərbi Azərbaycanin bir bölümü də bu siyasətə fəda edilməkdədir. Özəlliklə Qərbi Azərbaycain Kürdlərə buraxilmasi Fars sovinizminin təqib etdiyi əsas hədəflərdən birisidir. Bütün bunlarin hamisi Türk millətinin öz milli qürurunu və öz nəfsinə olan inancini itirməsi nəticəsində həyata keçməkdədir. Ancaq bu faciənin qarsisinin alinmasi üçün bu millətin aydinlari və məsuliyət dasiyan səxsiyətləri Azərbaycan türklüyünün oyanmasi üçün ciddi islər görmüslər. Xosbəxtlikdən bu fəaliyətlər də nəticəsini vermis görünür. Bu nailiyətlərin ən böyüyü Azərbaycan-türk millətinin xordad ayinin birinci yarisindaki tarixi qiyami və ayaga qalxisi idi. Əminəm ki, Azərbaycan-Türk milləti o tarixi günləri heç bir zaman unutmayacaqdir. Xordad ayinin birini Azərbaycan-Türk milləti birlik və bərabərlik günü kimi hər il və bütün tarix boyu xatirlayacaqdir. Xatirlayacaqdir, çünkü millət öz cəsarətini, öz qəhrəmanligini unutmamalidir. Xorda ayinin birində Qəhrəman Təbrizin azadliq fəryadlarina bütün Azərbaycan səs vermisdir. O günlər bütün Azərbaycan eyni duygu və həyəcanla ayaga qalxmisdi. Bilmis olun ki, bu millət yerində dönüb səssizcə oturmaq üçün ayaga qalxmamisdir. Əlbəttə ki, bu günlər Azərbaycan tarixinin qəhrəmanliq səhifəsi kimi hər zaman oxunacaq, hər zaman öyrəniləcəkdir. Sovinizmin vəhsi və qudurgan hərəkətlərinə baxmayaraq Azərbaycan-Türk milləti fars fasizminin köklərini lərzəyə salmisdir. Ancaq ən can sixici və fəlakətli durum bu idi ki, o qiyamda bu millətə əl qaldiran, milləti dövən, iskəncə verən və zindanbanlar da öz necə deyərlər “Türk” qardaslarimiz idi. Onlar da sovonizmin mənfur siyasətinin qurbanlaridir. Bu adam dövənlərin, iskəncəçilərin çoxu özgələsmis özümüzünkülər idi. Onlardan birisi də Siz özünüzsünüz Ərdəbil zindaninin rəyisi sayin Ənzabi!
Indi siz mənim zindanbanimsiniz. Bəlkə də həyatinizda ən böyük iftixar olaraq bunu düsünürsünüz ki, “acliq etisabi edən Abbas Lisanini sifirin altinda soyuqda zindan qarantinəsində saxlayirsiniz.” Bəli, siz də sovinizmin siyasətinin fədasi olmus və öz millətinizi unutmussunuz və ancaq vəzifə, məqam və keçici olan dünyəvi zövqlərin arxasincasiniz. Bilmis olun ki, bu sirin röyanizin arxasinca çox aci olaylar ortaya çixacaqdir. Amma mənim əfvim hardan çixdi? Kimlər məni əfv edəcəkdir? Mənim millətimin basina bu qədər fəlakət gətirənlər mi məni əfv edəcklər? Azərbaycan ogullarinin qatilləri mi məni əfv edəcək? Ümumiyətlə mənim günahim nədir? Hansi tərəfsiz, adil məhkəmədə mühakimə olumusam? Hansi açiq məhkəmə millətlər arasi vəkillərin və jurnalistlərin hüzurunda məni mühakimə etmisdir ki, əfv də etsin? Əgər Azərbaycan-Türk millətinin haqlarini müdafiə etmək gühandirsa, mən bu günahimla fəxr edir, qürur duyuram.
Ərdəbil zindaninin rəyisi Sayin Ənzabi!
Mənim sənədlərimin əfv edilənlər cərgəsinə qoyulmasini sadəcə səxsim üçün təhqir hesab etmirəm. Bu, Azərbaycan Milli Hərəkətinin bütün fəallarina, xüsusən böyük Türk millətinə ihanətdən basqa bir sey deyildir. Ancaq etiraf etməliyəm ki, həm siz həm də mən əfv edilməliyik. Böyük Tanri və məzlum Azərbaycan milləti tərəfindən əfv edilməliyik.
Millətin haqli və müqəddəs mübarizəsində Azərbaycan fədailərinin yaninda ola bilmədiyim üçün çox üzgünəm. Özümüzdən olub özgələsənlərin haqqa tapinib xalqin yaninda olmalarini diləyirəm. Belə olursa Böyük tanri və Azərbaycan milləti onlari əfv edə bilər. Bilmis olun ki, xalqin qəzəbi xaliqin qəzəbindən daha təhlükəlidir.
Əbədi ar olsun mənə əgər millətimə zülm edənlərdən bagis və ya əfv qəbul edərsəm
Məni necə əfv etmək istəyirlər ki, bes gün izn verməkdən qorxurlar!
Yasasin daxildə və xaricdə durmadan və susmadan millətimizin oyanisi üçün çalisan ogul və qizlarimiz.
Ərdəbil zindani- Abbas Lisani |+| نوشته شده توسط کولگه در دوشنبه نهم بهمن 1385 ساعت 2:24
|